• Bakı 18° C

    0.13 m/s

Yenidən eyni layihədə rol alacaqlar

ŞOU

27 Iyul 2026 | 22:41 | Müəllif: Subhan Mahmudov

Yenidən eyni layihədə rol alacaqlar

Türkiyəli aktyorlar Haluk Bilginer və Ali Atay yenidən eyni layihədə yer alacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, ikili bu dəfə "Güneye Giderken" filmində rol alacaq. Yol hekayəsindən bəhs edən filmin ssenari müəllifi Ali Ataydır. O, eyni zamanda ekran işinin rejissorluğunu da öz üzərinə götürəcək.

Filmin çəkilişlərinə iyulun 30-da start veriləcək. Ekran işi "Prime Video" platformasında yayımlanacaq.

Qeyd edək ki, aktyorlar daha əvvəl "Masum", "Şeref Bey", "Sekizinci Aile" və "Nuh Tepesi" kimi ekran işlərində birlikdə kamera qarşısına keçiblər./Axşam.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR