Rusiyanın "Jukovski" hava limanında təyyarələrin qəbulu və yola salınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə "Rosaviasiya" (Rusiya Federal Hava Nəqliyyatı Agentliyi) məlumat yayıb.
Qurumdan bildirilib ki, verilən qərar və tətbiq olunan məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədi daşıyır.
Zeynəb Rzayeva
Bakı 



