• Bakı 28° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

"Sabah" Finlandiyada vacib görüşə çıxır

İDMAN

28 Iyul 2026 | 09:03

Sabah Finlandiyada vacib görüşə çıxır

Bu gün UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində təmsilçimiz "Sabah" klubu doğma meydanda Finlandiyanın "KuPS" komandası ilə cavab görüşünə çıxır.

Bakıvaxtı.az xəbər verir ki, Finlandiyanın Kuopio şəhərindəki "Savon Sanemat Areena" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, tərəflər arasında iyulun 21-də keçirilmiş ilk görüş 1:0 hesabı ilə "Sabah"ın qələbəsi ilə başa çatmışdı.

Bu cütün qalibi UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Orxus" (Danimarka) - "Lex" (Polşa) cütünün qalibi ilə qarşılaşacaq. Bu komandalar arasında Danimarkada keçirilmiş ilk görüş 1:4 hesabı ilə polşalıların qələbəsi ilə yekunlaşıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026