• Bakı 27° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib?

CƏMİYYƏT

28 Iyul 2026 | 13:18

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirilib?

Məşhur reper Elşad Xosenin səhhətində ciddi problemlər yarandığı barədə iddialar yayılıb. İddialara görə, sənətçi bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilib. Məlumata əsasən, onun vəziyyətinin ağır olduğu bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, məsələylə bağlı Səhiyyə Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev musavat.com-a bildirib ki, Azərbaycan qanunvericiliyinə əsasən, şəxsin psixi sağlamlığına, eləcə də psixiatriya və narkoloji xidmətlərdən istifadə etməsinə dair məlumatlar tibbi sirr hesab olunur və dövlət tərəfindən qorunur:

“Bu səbəbdən hər hansı şəxsin psixiatriya və ya narkoloji tibb müəssisəsində qeydiyyatda olub-olmaması barədə məlumat üçüncü şəxslərə və ya kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Belə məlumatlar yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda, şəxsin özünün razılığı ilə və ya məhkəmə, istintaq və digər səlahiyyətli dövlət orqanlarının qanuni tələbi əsasında açıqlana bilər”.

Qeyd edək ki, reper Elşad Xosenin Respublika Psixiatriya Xəstəxanasına yerləşdirildiyi barədə məlumatı ilk olaraq SKNDL xəbər səhifəsi yayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026