• Bakı 20° C

    3.19 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Şamaxı" "Şəfa"ya qalib gəlib

İDMAN

16 Oktyabr 2026 | 16:57 | Müəllif: Əli Hüseynov

"Şamaxı" "Şəfa"ya qalib gəlib

Misli Premyer Liqasında VIII turun açılış matçında "Şamaxı" "Şəfa"ya qalib gəlib.

Bakıvaxtı.az xəbər verir ki, Şamaxı şəhər stadionunda baş tutan matç ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda ilk iki qol qonaq komandadan gəlib. Elnur Cəfərov (5) və Rauf Hüseynli (56-pen.) paytaxt təmsilçisinin qollarının müəllifi olublar. Bölgə təmsilçisinin heyətində isə Joao Oliveyra (65), Həbib İsmayılov (81) və Rikardo

Apolinario (90+5-pen.) diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, "Şamaxı" 13 xalla turnir cədvəlində beşinci sırada qərarlaşıb. 3 xalı olan "Şəfa" isə onbirincidir. VIII tura oktyabrın 18-də yekun vurulacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026