• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb

DÜNYA

16 Oktyabr 2026 | 17:21 | Müəllif: Əli Hüseynov

Azərbaycan İraqdan "Aİ-92" markalı benzin tədarük etməyə başlayıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycan 4,45 milyon ABŞ dolları dəyərində 5 min 484 ton "Aİ-92" markalı avtomobil benzini ixrac edib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 9 %, kəmiyyət olaraq – 15 % azdır.

Azərbaycan Gürcüstana 2,77 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 3,4 dəfə artıb) 3 min 414 ton (+3 dəfə) və Ermənistana 1,59 milyon ABŞ dolları dəyərində 1 min 951 ton (1 il əvvəl tədarük olmayıb) və Tacikistana 95,7 min ABŞ dolları dəyərində 119,7 ton (1 il əvvəl tədarük olmayıb) benzin satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Tacikistana tədarük həyata keçirilib.

Hesabat dövründə Azərbaycan 2,89 milyon ABŞ dolları dəyərində (-95,5 %) 3 min 919 ton (-95,3 %) "Aİ-92" benzini idxal edib.

Azərbaycan Rusiyadan 2,56 milyon ABŞ dolları dəyərində (-94,7 %) 3 min 414 ton (-94,6 %) və İraqdan 328,3 min ABŞ dolları dəyərində 505,1 ton benzin alıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq İraqdan tədarük həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026