• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

CƏMİYYƏT

16 Oktyabr 2026 | 14:34 | Müəllif: Əli Hüseynov

ADSEA sədri Cəbrayıl şəhərində vətəndaşlarla görüşüb

Tərtib edilən qəbul cədvəlinə müvafiq olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov oktyabrın ayının 16-da Cəbrayıl şəhərində yerləşən Cəbrayıl Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Cəbrayıl, Zəngilan, Qubadlı və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Bakıvaxtı.az xəbər verir ki, Agentliyin sədri Zaur Mikayılov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.

    Məlumata görə, müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, içməli su təchizatı, işə qəbul və digər məsələlərlə bağlı olub. Sakinlər bölgələrdə vətəndaşların qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını dilə gətirərək, göstərilən diqqət və qayğıya görə möhtərəm Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR