Rusiya heç vaxt Ukrayna böhranının siyasi və diplomatik həllindən imtina etməyib və əvvəlki kimi ona hazırdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova brifinqdə bildirib.
“Öz tərəfimizdən, biz Ukrayna böhranının siyasi və diplomatik həllinə hazır olduğumuzu təsdiqləyirik, biz bundan heç vaxt imtina etməmişik, lakin o cümlədən Alyaskada əldə edilən qarşılıqlı anlaşmalar əsasında”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, Rusiya həmçinin Ukraynadakı münaqişənin diplomatik həlli üçün yeni təklifləri və ideyaları nəzərdən keçirməyə hazırdır:
“Nəzərdən keçirməyə hazır olacağımız mümkün müzakirələrə, təkliflərə və ideyalara hazır olduğumuzu yenidən təsdiqləyirik. Bundan heç kim imtina etməyib”.
Bakı 



