• Bakı 28° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Zidan Fransa millisinin baş məşqçisi oldu

İDMAN

28 Iyul 2026 | 13:30

Zidan Fransa millisinin baş məşqçisi oldu

Zinəddin Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyası məlumat yayıb.

    Dünya çempionu və Çempionlar Liqasının üçqat qalibi ilə 2030-cu ildə keçiriləcək Futbol üzrə Dünya Çempionatının sonuna qədər müqavilə imzalanıb.

    Qeyd edək ki, Zidan bu postda 14 il milliyə rəhbərlik etmiş Didye Deşamı əvəzləyib.

    Didye Deşam baş məşqçi olduğu müddətdə Fransa yığması dünya çempionu (2018), dünya (2022) və Avropa çempionatlarının (2016) gümüş mükafatçısı və Millətlər Liqasının (2021) qalibi olub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    27 Iyul 2026