İran hakimiyyəti dekabr və yanvar aylarında baş verən kütləvi hökumət əleyhinə etirazlarda iştirak etməkdə günahkar bilinən iki nəfərin asıldığını açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, Əbülfəzl Sepahi və Əmir-Hüseyn Səfəri barəsindəki ölüm hökmləri bu səhər icra edilib.
Bu iki şəxs, digər maddələrlə yanaşı, silah gəzdirmə, qorxu və dəhşət yaydığına görə moharebeh (Allaha qarşı müharibə), ölkədə ictimai asayişi və təhlükəsizliyi pozan hərəkətlərə yol verməkdə ittiham olunublar. Edamlar İsfahan əyalətinin mərkəzi hissəsində yerləşən Məlikşəhr şəhərindəki bir meydanda şahidlərin iştirakı ilə baş tutub .
Qeyd edək ki, İranda hakimiyyət orqanları 2025-ci ildə ən azı 1639 nəfəri edam edib.
Aydın
Bakı 



