• Bakı 20° C

    5.69 m/s

  • USD - 1.7

    EUR - 1.9055

    RUB - 2.0299

Millimiz Portuqaliyanı məğlub etdi

İDMAN

28 Iyul 2026 | 15:23 | Müəllif: Əli Hüseynov

Millimiz Portuqaliyanı məğlub etdi

Bu gün oğlanlardan ibarət U-18 millimiz Xorvatiyanın Riyeka və Opatiya şəhərlərində keçirilən Avropa çempionatı B divizionunda növbəti qrup oyununu Portuqaliya seçməsinə qarşı keçirib. 

Bakıvaxtı.az xəbər verir ki, millimiz oyunun ilk hissəsində rəqibə məğlub olsa da, ikinci hissədə geridönüş edərək 52:50 hesablı qələbə qazanıb. 

Görüşün ən dəyərli basketbolçusu (MVP) 18 xal, 12 ribaundla millimizin üzvü Emanuel Aqbason seçilib. Millimiz 2 qələbə, 2 məğlubiyyətlə qrupda 3-cü sırada qərarlaşıb.

Qeyd edək ki, yığmamız qrupda sonuncu oyununu 29 iyul Bakı vaxtı ilə saat 20:00-da Çexiya seçməsinə qarşı keçirəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR