• Bakı 28° C

    9.46 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Fransada bir ay ərzində üç muzey qarət edilib

DÜNYA

28 Iyul 2026 | 08:54

Fransada bir ay ərzində üç muzey qarət edilib

Fransada iyul ayında Tarn, Kot-d'Or və Aşağı Reyn departamentlərində yerləşən muzeylərdə üç iri oğurluq hadisəsi baş verib.

Bakıvaxtı.az-ın Le Parisien qəzetinə istinadən verdiyi məlumata görə, oğurlanan eksponatların ümumi dəyəri milyonlarla avro təşkil edir.

Nəşrin məlumatına əsasən, iyulun 1-də Tarn departamentində yerləşən Montan Arxeologiya Mərkəzindən 15 dəqiqədən az müddətdə eramızdan əvvəl 50-ci ilə aid təxminən 40 sikkə oğurlanıb. Dəymiş zərər 120 min avronu ötüb.

Dörd gün sonra isə cinayətkarlar Vingen-sür-Moder kommunasında yerləşən Lalique Muzeyindən 27 ədəd zinət əşyası oğurlayıblar. Bunun üçün onlar altı vitrini sındırıblar. Dəymiş zərər 4,5 milyon avronu keçib.

İyulun 24-də daha bir oğurluq hadisəsi baş verib. Şatiyon-sür-Sen kommunasındakı muzeydən eramızdan əvvəl V əsrə aid, əvəzsiz hesab edilən "Viks xanımı" qızıl boyun bəzəyi oğurlanıb. Qəzetin məlumatına görə, şübhəlilərdən biri artıq saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Iyul 2026