• Bakı 24° C

    14.63 m/s

  • USD - 1.7

    EUR - 1.9345

    RUB - 2.1711

ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü

DÜNYA

27 Iyul 2026 | 20:45

ABŞ-də festival qanla bitdi - 3 nəfər öldü

ABŞ-nin Sietl şəhərində keçirilən “Bite of Seattle” illik şəhər festivalında dəhşətli silahlı insident baş verib.

Bakıvaxtı.az “Deutsche Welle”yə istinadən xəbər verir ki, naməlum şəxslərin atəş açması nəticəsində 3 nəfər həyatını itirib, 2 yaşlı uşaq da daxil olmaqla 5 nəfər yaralanıb.

Sietl meri Keti Uilson faciə ilə bağlı bir nəfərin saxlanıldığını bildirib. Şəhər hakimiyyəti əvvəlcə iki nəfərin saxlanıldığını açıqlasa da, daha sonra əlavə izahat vermədən bu məlumatı dəqiqləşdirib.

Sietl polisinin verdiyi məlumata görə, festival iştirakçılarına atəş açan iki nəfər olub. Polis rəisinin müavini Tayron Devis şübhəlilərdən birinin həbs edildiyini təsdiqləyib və atışmada iştirak edən ikinci şəxsin axtarışlarının davam etdiyini diqqətə çatdırıb. Cinayətkarların kimliyi barədə hələlik ətraflı məlumat verilmir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR