• Bakı 26° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

İDMAN

28 Iyul 2026 | 18:48

Ömər Salmanov dünya çempionatında Azərbaycana ilk medalı qazandırdı

Azərbaycanın yunan-Roma güləşçisi Ömər Salmanov Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, 48 kq çəki dərəcəsində yarışan idmançı üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə qalib gələrək (7:1) Azərbaycana mundialdakı ilk medalı qazandırıb.

Qeyd edək ki, yarış Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR