• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

“Sabah” növbəti mərhələdə - YENİLƏNİB

İDMAN

28 Iyul 2026 | 20:54

“Sabah” növbəti mərhələdə - YENİLƏNİB

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçı başa çatıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" 2:0 hesablı qələbəyə sevinib.

Qolları Veliko Simiç (53) və Coy-Lens Mikels (70) rəqib qapısından keçirib.

***20:29

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında növbəti qol vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" fərqi iki topa çatdırıb - 2:0.

Coy-Lens Mikels 70-ci dəqiqədə rəqib qapısına yol tapıb.

 

***20:12

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında hesab açılıb.

Bakıvaxtı.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda "Sabah" hesabda önə çıxıb - 1:0.

53-cü dəqiqədə Veliko Simiç fərqlənib

 

***20:04

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ikinci hissəyə start verilib.

Bakıvaxtı.az xəbər verir ki, Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

 

***19:46

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçında ilk hissə başa çatıb.

Bakıvaxtı.az xəbər verir ki,  Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunda qolsuz bərabərlik davam edir.

Qarşılaşmanı israilli FIFA referisi Qal Leyboviç idarə edir.

 

****19:00

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin "KuPS" - "Sabah" matçına start verilib.

Bakıvaxtı.az xəbər verir ki,  Kuopio şəhər Mərkəzi Stadionunda keçirilən oyunu israilli FIFA referisi Qal Leyboviç idarə edir.

Xatırladaq ki, komandalar arasında ötən həftə Bakıda baş tutan ilk görüşdə Azərbaycan çempionu rəqibini 1:0 hesabı ilə məğlub edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR