• Bakı 26° C

    9.67 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Trampla görüşmək üçün Vaşinqtona gəldi - VİDEO

DÜNYA

28 Iyul 2026 | 18:14

Trampla görüşmək üçün Vaşinqtona gəldi - VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Tramp ilə görüşmək üçün Ağ Evə gəlib.

Bakıvaxtı.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, görüş Oval kabinetdə baş tutur.

“Zelenski Tramp ilə jurnalistlərin iştirakı olmadan qısa, özəl bir görüş keçirəcək”, – deyə nəşrin məlumatında bildirilir.

Agentlik yazır ki, liderlərin Ukraynaya hərbi dəstək, o cümlədən hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü və pilotsuz uçuş aparatları (PUA) üzrə müqavilənin yekunlaşdırılması məsələlərini müzakirə edəcəyi gözlənilir.

Qeyd edək ki, Ağ Evdəki görüşdən sonra Zelenski senatorlarla görüşmək üçün Kapitoliyə yola düşəcək. Ukrayna prezidentinin ABŞ-yə səfəri senator Lindsi Qremin dəfn mərasimində iştirakı ilə bağlıdır. Həmçinin vurğulanıb ki, danışıqlar zamanı tərəflər atəşkəslə bağlı hər hansı təklifi də müzakirə edə bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR