Roma ildə 450 milyon avro xərcləyir ki, bu da NATO-nun ümumi xərclərinin 8,53%-nə bərabərdir.
Bakıvaxtı.az "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə İtaliyanın müdafiə naziri Guido Crosetto açıqlama verib.
Nazir bildirib ki, NATO ildə 5,5 milyard avro xərcləyir. Bu xərclərin 8,53%-i İtaliyanın payına düşür ki, bu da 450 milyon avroya bərabərdir:
"İtaliya bu yaxınlarda on il əvvəl müəyyən edilmiş ÜDM-in 2%-lik müdafiə xərcləri həddinə çatıb".
Gülşən Şərif
Bakı 



