İspaniyanın 170 mindən çox sakini son günlərdə tüğyan edən meşə yanğınları səbəbindən təxliyə olunub.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, Avila, Toledo əyalətlərində və Madrid bölgəsində 63 mindən çox insan təxliyə edilib.
Təhlükəsizlik səbəbləri ilə təxminən 28 min nəfərin evlərində qalması tələb olunur.
İspaniyadakı yanğınsöndürənlər, bir neçə başqa ölkədən olan həmkarları ilə birlikdə yanğınları nəzarət altına almağa çalışsalar da, ümumi vəziyyət gərgin olaraq qalır.
Gülşən Şərif
Bakı 



