• Bakı 25° C

    8.11 m/s

  • USD - 1.7

    EUR - 1.9385

    RUB - 2.1834

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

DÜNYA

28 Iyul 2026 | 21:33

Türkiyə İraqa müdafiə sənayesi məhsulları tədarük etməyi planlaşdırır

Türkiyə İraqın ehtiyacı olan müdafiə sənayesi məhsullarının tədarükü ilə bağlı öhdəsinə düşəni etməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın Baş naziri Əli əl-Zeydi ilə birgə mətbuat konfransında deyib.

R.T. Ərdoğan İraqla ötənilki ticarət dövriyyəsinin 17 milyard dollar olduğunu bildirərək bunu artırmaq istədiklərini qeyd edib.

O həmçinin bildirib ki, İraq Türkiyəyə bir milyon barel neft tədarükü öhdəliyini üzərinə götürüb.

"Cənab nazir: "Türkiyəyə neft verə bilərik, bir milyon barel. Başqa yerə möhtac olmayın", - dedi. Elədir, başqa yerə möhtac olmağa ehtiyac yoxdur. Qonşuyuq. İnşallah, bir milyon barel neft tədarükü ehtiyacımızı qarşılayacaq", - Türkiyə Prezidenti vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR