Mən İranın xarici işlər naziri Abbas Arakçı ilə səmimi söhbət üçün zəng etdim. Diplomatiya, hətta çətin olsa belə, birbaşa dialoq deməkdir.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Ukrayna xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.
“Məqsədimizin lazımsız eskalasiyanın qarşısını almaq olduğunu vurğuladım. Təsdiqlədim ki, bütün Ukrayna hərəkətləri yalnız ölkəmizi Rusiyanın təcavüzündən qorumağa yönəlib və heç vaxt mülki gəmilərə və ya insanlara qarşı deyil. Bu, İranın son hadisədə hədəfə alınan mülki gəmi ilə bağlı açıqlamalarına da aiddir. Məqsədimiz bütün hadisələrin əsas səbəbi olan Rusiya təcavüzünə qarşı çıxmaqdır və bütün təxribatlar və itkilərə görə Rusiya tam məsuliyyət daşıyır. Eskalasiyaya doğru hər hansı bir addımdan çəkinməyin və Rusiyanın Ukraynaya qarşı müharibəsinə bütün dəstəyi dayandırmağın vacibliyini vurğuladım. Bu müharibə qanunsuzdur və bitməlidir. Bizim mövqeyimiz dəyişməz olaraq qalır: Avropa və Yaxın Şərq sabitliyə, təhlükəsizliyə və sülhə layiqdir”, - Sibiqa bildirib.
Qeyd edək ki, Ukrayna Rusiya və İran arasında silah daşınması ilə məşğul olan İran yük gəmisini Xəzər dənizində vurub. Nəticədə bir nəfər öıüb, 2 nəfər yaralanıb. İran buna kəskin etiraz edib və nəticəsi ilə bağlı Ukrraynanı hədələyib.
Bəzi mənbələr İranın Ukraynaya zərbəyə hazırlaşdığı haqda iddia da səsləndirib
Bakı 



