• Bakı 29° C

    7.04 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Putin bu halda danışıqlara gedəcək - Ekspert

SİYASƏT

29 Iyul 2026 | 09:32

Putin bu halda danışıqlara gedəcək - Ekspert

Mövcud vəziyyət nəzəri cəhətdən Rusiya Prezidenti Vladimir Putini danışıqlara sövq edə bilər, lakin onun idarəetmə məntiqi əksinə, eskalasiyanı davam etdirməyə sövq edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu ukraynalı ekspert Maksim Beznosyuk Ukraynanın Rusiyanın yanacaq anbarlarını hədəf almasını şərh edərkən bildirib.

O həmçinin qeyd edib ki, Putin kimi liderlər üçün dönüş nöqtəsi adətən eyni vaxtda bir neçə istiqamətdə dərin böhranların yaranması ilə baş verib:

“Buna nümunə olaraq, İran-İraq müharibəsi göstərilir. Belə ki, İranın ali dini lideri Ayətullah Ruhullah Xomeyni uzun müddət atəşkəs şərtlərini rədd edərək, müharibənin hətta 20 il davam edəcəyi təqdirdə belə İranın döyüşəcəyini bildirmişdi. Lakin 1988-ci ildə hərbi məğlubiyyət təhlükəsi, iqtisadi tükənmə və ABŞ ilə birbaşa dəniz qarşıdurması eyni vaxtda baş verdiyi üçün İran sonda atəşkəsə razılaşdı”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026