• Bakı 28° C

    8.2 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

İordaniya İranın beş ballistik raketini məhv edib

DÜNYA

29 Iyul 2026 | 10:57

İordaniya İranın beş ballistik raketini məhv edib

İordaniya Silahlı Qüvvələri İran tərəfindən krallıq ərazisinə doğru buraxılan növbəti raket hücumunun dəf edildiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığının nümayəndəsi məlumat verib.

    Bildirilib ki, hava hücumundan müdafiə sistemləri çərşənbə günü səhər saatlarında İran tərəfindən ölkə ərazisinə istiqamətləndirilmiş beş ballistik raketi havada məhv edib.

    “Əməliyyat təsdiq edilmiş döyüş qaydalarına uyğun həyata keçirilib”, – deyə açıqlamada vurğulanıb.

    Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İordaniya ərazisində yerləşən ABŞ-ın hərbi hava bazasına və ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına ballistik raketlərlə zərbə endirdiyini açıqlamışdı.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Iyul 2026