• Bakı 18° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Venesuelada yenə zəlzələ oldu

DÜNYA

29 Iyun 2026 | 16:18 | Müəllif: Aynur Babazadə

Venesuelada yenə zəlzələ oldu

Venesuela sahillərində 4,6 bal gücündə zəlzələ baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumat yayıb. 

Zəlzələnin episentri paytaxt Karakasdan 42 kilometr şimalda, 3 milyondan çox insanın yaşadığı yerdə yerləşib. Zəlzələnin episentri 10 kilometr dərinlikdə yerləşib. Sunami təhlükəsi barədə məlumat verilməyib.

İyunun 24-də Venesuelada iki güclü təkan baş verib. ABŞ Geoloji Xidmətinin məlumatına görə, birinci təkan 7,2, ikincisi isə 7,5 bal gücündə olub. Bu təkanlardan sonra 512 təkrar təkan qeydə alınıb. Venesuela hakimiyyət orqanlarının son məlumatlarına görə, ölənlərin sayı 1450-yə çatıb, 3200-dən çox insan xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Çoxsaylı yaşayış binaları dağılıb, infrastruktur və xəstəxanalar zədələnib, ölkənin əsas hava limanı bağlanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026