• Bakı 21° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9242

    RUB - 2.0365

Antalya 2 gündür yanır

DÜNYA

29 Iyul 2026 | 12:38 | Müəllif: Əli Hüseynov

Antalya 2 gündür yanır

Türkiyənin Antalya vilayətinin Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə baş verən yanğının söndürülməsi işləri ikinci gündür davam edir.

Bakıvaxtı.az xəbər verir ki, yanğına 3 təyyarə, 8 helikopter, 18 yanğınsöndürən maşın, iş texnikası və 135 nəfərlik şəxsi heyətlə müdaxilə olunur.

    Ərazinin sıldırım, maili və qayalıq olması yanğınsöndürmə qruplarının işini çətinləşdirib.

    Qeyd edək ki, Manisa vilayətində zeytunluq və kolluq ərazidə baş verən yanğın isə nəzarət altına alınıb. Yanğın nəticəsində 40 hektar ərazi zərər görüb. Ərazidə soyutma işləri davam etdirilir.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    01 Oktyabr 2026