• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

KİV: Hörmüz boğazı tam bağlanıb

DÜNYA

29 Iyul 2026 | 15:50

KİV: Hörmüz boğazı tam bağlanıb

Heç bir gəmi ölkənin icazəsi olmadan Hörmüz boğazından keçə bilməz.

Bakıvaxtı.az-ın məlumatına görə, İranın Fars agentliyinə danışan məlumatlı hərbi mənbə Hörmüz boğazının tamamilə bağlandığını iddia edib.

    Mənbənin sözlərinə görə, strateji əhəmiyyətə malik su yolu tam nəzarət altındadır və İranın icazəsi olmadan heç bir gəminin boğazdan keçməsinə icazə verilmir.

    Bildirilib ki, İran Silahlı Qüvvələri Hörmüz boğazına tam nəzarət edir və edilən xəbərdarlıqlara məhəl qoymayaraq keçidə cəhd göstərən gəmilərə qarşı dərhal və qəti tədbirlər görüləcək.

    Mənbə ötən gecə üç neft tankerinin saxlanıldığını da açıqlayıb. İddia olunub ki, həmin tankerlər SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, qeyri-qanuni və təhlükəli marşrut üzrə hərəkəti davam etdiriblər.

    Məlumata görə, tankerlər əməliyyat qüvvələrinin müdaxiləsi nəticəsində dayandırılıb və onların hərəkətinin qarşısı alınıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR