Fransa Prezidenti Emmanuel Makronun səhhətində qəfil problem yaşayıb.
Bakıvaxtı.az xəbər verir ki, səhər saatlarında Emmanuel Makron qarşıdan gələn iqtisadi islahatlarla bağlı keçirilən qapalı iclasa sədrlik edərkən qəfil solğunlaşıb, özünü pis hiss edib və konfrans masasına söykənərək qismən yıxılıb. Bundan sonra aparat rəhbəri dərhal həyəcan siqnalı verib və Yelisey Sarayının tibb qrupu iki dəqiqədən az müddətdə hadisə yerinə çatıb.
Yelisey Sarayına yaxın mənbələrin iddiasına görə, dövlət başçısı hərtərəfli tibbi müayinədən keçmək üçün Parisdəki "Val-de-Grâce" hərbi hospitalına aparılıb.
Prezidentin həkimləri ilkin tibbi yardım göstərərək onun vəziyyətini stabilləşdiriblər. Daha sonra əlavə müayinələrin aparılması məqsədilə hərbi hospitala köçürülməsi barədə qərar qəbul edilib.
Bildirilir ki, tibbi karvanın hərəkəti zamanı prezidentin təhlükəsizliyi üçün xüsusi protokol işə salınıb. Marşrut boyunca hüquq-mühafizə orqanlarının əməkdaşları yerləşdirilib, Baş nazirə dərhal məlumat verilib və Yelisey Sarayında böhran qərargahı yaradılıb.
Hadisənin işgüzar görüş zamanı baş verməsi prezidentin son həftələrdəki intensiv iş qrafiki və yüksək iş yükü ilə bağlı müzakirələri də yenidən gündəmə gətirib.
Aydın
Bakı 



