• Bakı 29° C

    7.79 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib

DÜNYA

29 Iyul 2026 | 12:22

Azərbaycan Ukraynaya 40 ton avadanlıq göndərib

Ukrayna Energetika Nazirliyi Azərbaycanın ölkənin dəmir yollarının işini dəstəkləmək məqsədilə təxminən 40 ton avadanlıq təhvil verdiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, nazirlik bu barədə “X” hesabında paylaşım edib. 

Bildirilib ki, Ukraynanın Energetika Nazirliyinin habı vasitəsilə Ukrayna dəmiryolçularının işini gücləndirməyə və kritik infrastrukturu dəstəkləməyə kömək etmək məqsədilə Azərbaycandan regional dəmir yolu bölməsinə təxminən 40 ton avadanlıq çatdırılıb. 

“Demək olar ki, hər gün habdan Ukraynanın müxtəlif regionlarına avadanlıqlar yola düşür. Bu, Rusiyanın davamlı hücumları təhlükəsi altında həm energetika sektorunun, həm də digər kritik infrastrukturun fəaliyyətini davam etdirməyə kömək edir”, - paylaşımda qeyd olunub.

Nazirlik həmçinin Azərbaycana dəstəyinə görə təşəkkür edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyul 2026