• Bakı 23° C

    3.73 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

Rusiya miqrantlara nəzarəti gücləndirir

DÜNYA, CƏMİYYƏT

29 Iyun 2026 | 14:05

Rusiya miqrantlara nəzarəti gücləndirir

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin xarici vətəndaşlara nəzarəti gücləndirməyə yönəlmiş bir sıra qanunvericilik düzəlişlərinin qüvvəyə mindiyini elan edib.

Bakıvaxtı.az AZƏRTAC-a istinadla xəbər verir ki, 10 iyun tarixindən etibarən məcburi tibbi müayinələrdən yayınan xarici vətəndaşlar üçün inzibati cəzalar tətbiq edilib.

Bundan əlavə, 21 iyun tarixindən etibarən başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən rəsmi sənədlərin saxtalaşdırılması və dövriyyəsinə görə cinayət məsuliyyətinin artırılmasını nəzərdə tutan qanun qüvvəyə minib.

V. Volodin, həmçinin xarici vətəndaşlar üçün dövlət rüsumlarının əhəmiyyətli dərəcədə artırıldığını açıqlayıb. Xüsusilə, Rusiya vətəndaşlığının alınması üçün rüsum on iki dəfə, 4200-dən 50 min rubla qədər artacaq. Müvəqqəti yaşayış icazəsinin alınmasının dəyəri səkkiz dəfə - 1920-rubldan 15 min rubla qədər, daimi yaşayış hüququ verilməsinin dəyəri isə beş dəfə - 6 min rubldan 30 min rubla qədər artacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026