Macarıstanın paytaxtı Budapeştdə 40 dərəcə selsiyə çatan yeni tarixi temperatur rekordu qeydə alınıb.
Bakıvaxtı.az "Belta"ya istinadən xəbər verir ki, bu barədə Macarıstan Meteorologiya Xidməti HungaroMet məlumat yayıb.
Meteorologiya xidmətinin məlumatına görə, ölkədə bu cür müşahidələr 1870-ci ildən bəri aparılır. Buna görə də ən azı son 156 ildə belə güclü istilər qeydə alınmayıb.
Qeyri-adi isti hava şəraiti səbəbindən təcili yardım xidmətlərinin iş yükü artıb. Təcili yardım çağırışlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8% artıb.
Bir neçə nəfər hipertermiya əlamətləri ilə xəstəxanalara aparılıb.
Gülşən Şərif
Bakı 



