Nyu-York şəhərində üçtəkərli motosiklet sürən qadın idarəetməni itirərək piyadaları vurub.
Bakıvaxtı.az "New York Post" qəzetinə istinadən xəbər verir ki, qəzada motosikletçinin özü də daxil olmaqla, 9 nəfər xəsarət alıb.
Təcili yardım xidmətləri hadisə yerinə tez bir zamanda çatıb və yaralıları yerli xəstəxanalara aparıblar. Onlardan dördünün vəziyyəti ağır-stabildir.
Polis hadisə ilə bağlı araşdırma aparır.
Gülşən Şərif
Bakı 



