q
  • Bakı 15° C

    8.03 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Aliment Fondu yaradaq - Deputat

SİYASƏT

01 May 2026 | 13:03

Aliment Fondu yaradaq - Deputat

“Bizim həmvətənlərimiz Rusiya, Ukrayna, Moldova, Belarus və digər yerlərdə nikaha giriblər, evləniblər və dünyaya uşaq gəlib. Bir neçə 10 ildən sonra köçüb vətənə qayıdıblar”.

Bakıvaxtı.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bugünkü plenar iclasında “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, indi məhkəmə qaydasında o uşaqların saxlanılması üçün aliment tələb olunanda, bunu ödəməlidirlər:

"Biz də fikirləşirik ki, gələcəkdə ölkəmizdə Aliment Fondu yaradaq. Belə bir fond yaransa, həmin fondun vəsaitlərinin böyük əksəriyyəti onlara gedəcək".

Deputat hesab edir ki, burada hansısa forma düşünmək lazımdır: 

"Konvensiyaya qoşulmaqla biz insan hüquqlarına olan diqqətimizi göstəririk, amma eyni zamanda ölkəmizin vəsaitlərinin səmərəli xərclənməsinə nəzarət etməliyik”.


SON XƏBƏRLƏR