• Bakı 15° C

    0.92 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Kılıçdaroğlu bunlara görə üzr istədi: Məni bağışlayın!

SİYASƏT

30 May 2026 | 17:01

Kılıçdaroğlu bunlara görə üzr istədi: Məni bağışlayın!

Vətənimizdən danışarkən, bağlı qapılar arxasında xarici güclərdən kömək istəyən axmaqları bilmədən qoynumda bəslədiyim üçün hamınızdan üzr istəyirəm.

Bakıvaxtı.az xəbər verir ki, bunu CHP-nin yeni sədri Kamal Kılıçdaroğlu deyib.

“FETÖ agentlərini tanımadım, xahiş edirəm məni bağışlayın. Rüşvət və talançılıqla məşğul olan bələdiyyə sədrlərini partiyadan uzaqlaşdıra bilmədiyimiz üçün sizlərdən üzr istəyirəm. Məni arxadan bıçaqlayanları görə bilmədim. Özümüzü korrupsioner oğrulardan təmizləyəcəyik.

CHP əxlaq və fəziləti qoruyanların, demokratiyanı müdafiə edənlərin partiyasıdır. Əsl CHP üzvü ikitərəfli oynamır.

Mən bu mübarizəni yenidən başlayıram. Mənim yanımda yer alırsınızmı? Diqqətlə qulaq asın, içəridəki alçaqlardan istifadə edərək Türkiyəni istismar edən Türkiyə düşmənləri: Hər kəs çox yaxşı bilməlidir ki, Türkiyə Cümhuriyyətinin qurucu iradəsi CHP-dir. Bu gün biz bu iradəni qorumaq üçün buradayıq”, - partiya sədri əlavə edib..


SON XƏBƏRLƏR

29 May 2026