• Bakı 23° C

    4.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

TDT-nin Baş katibi İlham Əliyevə təşəkkür etdi

SİYASƏT

29 Iyun 2026 | 11:33

TDT-nin Baş katibi İlham Əliyevə təşəkkür etdi

"Birinci Türkoloji Qurultayın 100 illiyinin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin təşəkkürümü bildirirəm".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin açılış mərasimində çıxışı zamanı deyib.

Baş katib bildirib ki, Azərbaycanın ev sahibliyi ilə keçirilən yubiley tədbirləri Birinci Türkoloji Qurultayın zəngin irsinin yaşadılması və türk xalqları arasında elmi-mədəni əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır.

Ömüralıyev vurğulayıb ki, Prezident İlham Əliyevin təşəbbüsü və dəstəyi sayəsində təşkil olunan tədbirlər türk dünyasının ortaq tarixinin, dilinin və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.

O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı Azərbaycanın türk dünyasının inteqrasiyası istiqamətində həyata keçirdiyi təşəbbüsləri yüksək qiymətləndirir və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə inanır.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Iyun 2026