• Bakı 17° C

    4.76 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“5 il ömrüm qalıb” - Brüs Kempbell

ŞOU

09 Sentyabr 2026 | 07:05 | Müəllif: Subhan Mahmudov

“5 il ömrüm qalıb” - Brüs Kempbell

"Şər ruhlar" ("Evil dead") filmlərinin ulduzu Brüs Kempbell xərçəng diaqnozu qoyulub ilə bağlı açıqlama verib.

Bakıvaxtı.az xəbər verir ki, 68 yaşlı aktyor "The Adam Carolla Show" podkastında həkimlərin ona təxminən beş il ömrünün qaldığını deyiblər.

"Diaqnoz qoyulan xərçəng növü barədə ətraflı danışmaq istəmirəm. Hazırkı proqnoz beş ildir" deyə, aktyor qeyd edib.

Kempbell xəstəliyinə təslim olmaq fikrində olmadığını vurğulayıb. Onun sözlərinə görə, məqsədi diaqnozu ilə yaşamaq, ondan ölmək deyil.

Hazırda Kempbell əsas diqqətini yeni filmi "Ernie & Emma"nın tanıtımına yönəldib. O, film üzərində işləyərkən digər problemləri düşünmədiyini və qarşısına çıxan çətinlikləri bir-bir həll etdiyini söyləyib.

Qeyd edək ki, aktyor xəstəliyi barədə ilk dəfə mart ayında məlumat verib. O zaman Kempbell xəstəliyin müalicəyə tabe olduğunu, lakin tam sağalan olmadığını açıqlayıb. (Axşam.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026