• Bakı 23° C

    1.48 m/s

  • USD - 1.7

    EUR - 1.8992

    RUB - 2.0276

Türkiyə Prezidenti: Türkoloji qurultayın qoyduğu yol mayakdır

SİYASƏT

29 Iyun 2026 | 11:03 | Müəllif: Qalib İbrahimoğlu

Türkiyə Prezidenti: Türkoloji qurultayın qoyduğu yol mayakdır

Ankara Zirvəsini türk dünyasının birləşməsində dönüş nöqtəsinə çevirmək üçün çalışacağıq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin iştirakçılarına müraciətində deyib.

Ərdoğan bildirib ki, Türkiyə Türkoloji Qurultayının ortaya qoyduğu baxışı bu gün də yol göstərən mayak kimi qəbul edir və ortaq tarixə, dilə, mədəniyyətə sahib çıxmaq istiqamətində fəaliyyətini davam etdirir.

Prezident qeyd edib ki, bu ilin payızında keçiriləcək və sədrliyi Azərbaycandan təhvil alacaq Türk Dövlətləri Təşkilatının Ankara Zirvəsinin türk dünyasının inteqrasiyası baxımından dönüş nöqtəsinə çevrilməsi üçün bütün imkanlardan istifadə olunacaq.

Onun sözlərinə görə, Türkiyə qədim tarixdən aldığı güclə Türk Dünyası Vizyonunun həyata keçirilməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək.

Əli Hüseynov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Oktyabr 2026