q
  • Bakı 15° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - Video

CƏMİYYƏT

01 May 2026 | 09:40

Metro və avtobuslarda əlavə gedişhaqqı ödənişləri çıxılır? - Video

İctimai nəqliyyatda telefonla ödənişdə kartlardan əlavə vəsaitin çıxılması ilə bağlı iddialar yayılıb. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İTV-yə sərnişinlər bildiriblər. 

Onların sözlərinə görə, ödəniş zamanı vəsait çıxsa da, bir neçə saat sonra təkrar gedişhaqqı çıxılır. Bəzən isə gedişhaqqı ödənişi balansdan sonradan çıxılır. 

Məsələ ilə bağlı banklardan bildirilib ki, NFC və QR texnologiyaları ilə aparılan əməliyyatların  texniki idarəçiliyi nəqliyyat sisteminin üzərinə düşür.

Banklar onlara ötürülən əməliyyat məlumatları əsasında müəyyən edilmiş məbləğin müştərinin hesabından silinməsini həyata keçirir. 

“BakıKart”dan isə qeyd edilib ki, bu cür ödənişlər gecikdirilmiş avtorizasiya prosesi ilə işləyir. Heç bir əlavə məbləğin tutulma halı baş vermir. 

Daha ətraflı süjetdə:

 


SON XƏBƏRLƏR

30 Aprel 2026