• Bakı 8° C

    1.81 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan...

CƏMİYYƏT

30 Aprel 2026 | 21:22 | Müəllif: Subhan Mahmudov

100 yaşını aşanların ortaq sirri: Hər gün bir fincan...

"Blue Zones" layihəsinin qurucusu Dan Buettnerin qeyd etdiyinə görə, Mavi zonalarda (Okinava, Sardiniya, İkariya kimi yerlər) yaşayan insanlar digər cəmiyyətlərlə müqayisədə ən azı dörd qat daha çox lobya istehlak edirlər.

Bakıvaxtı.az xəbər verir ki, lobya qida dəyəri baxımından "super qida" hesab olunur. Onun tərkibi sağlamlıq üçün ideal balansa malikdir:

Tərkibinin təxminən 21%-i proteindir.

77%-i kompleks karbohidratlardan ibarətdir. Bu, rafinə edilmiş şəkərin əksinə, bədənə qəfil enerji yükləməsi etmir, enerjini gün ərzində balanslı şəkildə paylayır.

Lobyanın tərkibindəki yüksək lif miqdarı bağırsaq mikroflorası üçün həyati əhəmiyyət kəsb edir.

Liflər bağırsaqlardakı faydalı bakteriyaları qidalandıraraq immuniteti gücləndirir.

Yüksək lif və protein birləşməsi insanı uzun müddət tox tutur, bu da çəki nəzarətini asanlaşdırır və piylənmə riskini azaldır.

Dan Buettner sağlam və uzun bir ömür üçün mürəkkəb pəhrizlərə ehtiyac olmadığını, sadəcə dayanıqlı və təbii vərdişlərin vacibliyini vurğulayır. O, hər kəsə gündə ən azı yarım fincan bişmiş lobya istehlak etməyi tövsiyə edir.

"Mavi zonalarda yaşayanların həyat tərzi göstərir ki, lobya kimi sadə və əlçatan bir qida sağlam yaşlanmanın ən mühüm açarıdır."/Milli.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026