• Bakı 16° C

    0.38 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı

CƏMİYYƏT

30 May 2026 | 18:34

Ağcabədidə kanaldan 40 yaşlı qadın meyiti tapıldı

Ağcabədi rayonunda kanaldan qadın meyiti aşkarlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının rayonun Təzəkənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Məlumata görə, suda aşkarlanan meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmovaya aid olduğu müəyyən edilib.

İlkin ehtimallara görə, qadının intihar etdiyi bildirilir. Meyit aidiyyəti qurumların əməkdaşları tərəfindən sudan çıxarılaraq müvafiq qaydada təhvil verilib.

Hadisənin başvermə səbəblərinin dəqiqləşdirilməsi məqsədilə araşdırma aparılır.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən istintaq tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR

29 May 2026