• Bakı 22° C

    0.96 m/s

  • USD - 1.7

    EUR - 1.9324

    RUB - 2.2735

David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edildi

CƏMİYYƏT

29 Iyun 2026 | 17:38

David Seliverstov “Caspian Capital Holding”in vitse-prezidenti vəzifəsinə təyin edildi

“Caspian Capital Holding”in idarəetmə strukturunun təkmilləşdirilməsi və strateji inkişaf prioritetlərinin gücləndirilməsi çərçivəsində David Seliverstov holdinqin vitse-prezidenti vəzifəsinə təyin edilib.

Bu barədə Bakıvaxtı.az-a “Caspian Capital Holding”in mətbuat katibliyi məlumat yayıb.

Təyinat “Caspian Capital Holding”in İdarə Heyətinin sədri Elxan Paşayevin qərarı əsasında həyata keçirilib.

David Seliverstov

Yeni vəzifəsində David Seliverstova yüksək texnologiyalar, innovativ inkişaf, iqtisadi əməkdaşlıq, beynəlxalq tərəfdaşlıqlar və strateji layihələr üzrə fəaliyyət istiqamətlərinin koordinasiyası həvalə olunub.

David Seliverstov holdinqin texnoloji inkişaf strategiyasının gücləndirilməsi, rəqəmsal transformasiya proseslərinin dəstəklənməsi, innovativ iqtisadi təşəbbüslərin təşviqi, investisiya yönümlü layihələrin inkişafı və beynəlxalq əməkdaşlıq mexanizmlərinin genişləndirilməsi istiqamətində fəaliyyət göstərəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR