• Bakı 28° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9327

    RUB - 2.1806

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

CƏMİYYƏT

29 Iyul 2026 | 16:24

167 milyon dollarlıq lotereya udan şəxs həbs edildi

ABŞ-də 167,3 milyon dollarlıq "Powerball" cekpotunu qazanan Ceyms Fartinq növbəti dəfə həbs olunub.

Bakıvaxtı.az xəbər verir ki, 51 yaşlı Kentukki sakini bu dəfə məişət zorakılığı, boğmağa cəhd və xəsarət yetirmə ittihamları ilə saxlanılıb.

Məlumata görə, hadisə qayıq gəzintisindən sonra baş verib. İddialara əsasən, Ceyms Fartinq mübahisə zamanı bir qadının boğazından tutaraq onun nəfəs almasına mane olub. O, hazırda Skott dairəsinin həbsxanasında saxlanılır.

Ceyms Fartinq aprel ayında Kentukki ştatı tarixinin ən böyük lotereya uduşu hesab edilən 167,3 milyon dollarlıq "Powerball" mükafatını qazanmışdı. Həmin vaxt o, pulu anası Linda Qrizzllə bölüşəcəyini açıqlamışdı.

Bildirilir ki, bu, Fartinqin böyük məbləğdə uduş əldə etdikdən sonra dördüncü həbsi olub. O, daha əvvəl də polis əməkdaşına hücum etmək, saxlanılmaya müqavimət göstərmək və digər hüquq pozuntuları ilə bağlı məsuliyyətə cəlb edilib.

Məhkəmədə özünü təqsirli bilməyən Fartinq barəsində 15 min dollar girov təyin edilib. Həmçinin onun zərərçəkmiş şəxslə əlaqə saxlaması qadağan olunub və elektron izləmə cihazı daşıması barədə qərar verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR