• Bakı 25° C

    10.21 m/s

  • USD - 1.7

    EUR - 1.9383

    RUB - 2.1668

ADNSU bu işlə bağlı 26 milyon xərcləyəcək

CƏMİYYƏT

29 Iyul 2026 | 17:22

ADNSU bu işlə bağlı 26 milyon xərcləyəcək

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 2-ci korpusun təmir işlərinin satın alınması ilə bağlı açıq tender elan edib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, tenderin ehtimal olunan qiyməti 26 milyon 36 min manat təşkil edir.

Müsabiqənin sənədlərinə əsasən, satınalma çərçivəsində sözügedən korpusda əsaslı təmir və gücləndirmə işlərinin görülməsi nəzərdə tutulur.

Buraya torpaq və qazıntı işləri, hidroizolyasiya, drenaj sisteminin qurulması, dəmir-beton konstruksiyalarının möhkəmləndirilməsi, eləcə də binanın digər əsaslı təmir işləri daxildir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR