Məşhur meyxanaçı Elşən Xəzər qızının “Beniz” ləqəbli tiktoker Aybəniz Xəlilovanın məhkəməsində ifadə verməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Bakıaxtı.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya danışan meyxanaçı qeyd edib ki, yayılan xəbərlər tamamilə yalandır.
“Mənim və övladımın adından yayılan xəbər yalandır. Həmin məhkəməyə bizim heç bir aidiyyətimiz yoxdu. Biz o insanların heç birini tanımırıq”, - deyə o əlavə edib.
Bakı 




