Qazaxıstan Türkiyənin "Bayraqdar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə bağlı hələlik qərar verməyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə respublikanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, nazirlik PUA-ların istehsalının gələcəyi ilə bağlı məsələnin hələ işlənmə mərhələsində olduğunu bildirib:
"Daha ətraflı məlumat xidməti xarakter daşıyır və yayılmasına icazə verilmir"./Publika.az
Bakı 




