q
  • Bakı 14° C

    7.57 m/s

  • USD - 1.7

    EUR - 1.9824

    RUB - 2.2701

Parlamentin iclasında GÜNDƏLİK DƏYİŞDİ - YENİLƏNİB

SİYASƏT

01 May 2026 | 11:20

Parlamentin iclasında GÜNDƏLİK DƏYİŞDİ - YENİLƏNİB

Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti müzakirə olunub.

Bakıvaxtı.az-ın xəbərinə görə, spiker Sahibə Qafarova bildirib ki, qurumun qərəzli qərarlarına görə parlamentlərarası əlaqələr dayandırılmış, yalnız 2016-cı ilin sentyabrında yenidən bərpa edilmişdi.

Onun sözlərinə görə, son on ildə Avropa Parlamenti Azərbaycana qarşı bu mövqedən geri çəkilməyib, əksinə, ölkənin ərazi bütövlüyünü bərpa etməsindən sonra bu fəaliyyət daha da intensivləşib. Spiker qeyd edib ki, bu yanaşma qurumun hansı prinsiplərlə hərəkət etdiyini açıq şəkildə göstərir.

Əli Hüseynov

***

11:08

Milli Məclisin plenar iclasının gündəliyi dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sədr Sahibə Qafarova bugünkü iclasda məlumat verib.

O qeyd edib ki, iclasın gündəliyində 9 məsələ var.

"Milli Məclis Avropa Parlamentinin Azərbaycan əleyhinə fəaliyyəti ilə bağlı məsələyə baxacaq", - sədr vurğulayıb.

Əli Hüseynov

***

11:01

Milli Məclisin növbəti iclası başlayıb.

Bakıvaxtı.az-ın xəbərinə görə, iclasın gündəliyinə 8 məsələ daxil edilib.

İclasın gündəliyini təqdim edirik.

1. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 1993-cü il 22 yanvar tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

2. “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında 2002-ci il 7 oktyabr tarixli Konvensiyaya dəyişikliklərin edilməsi barədə Protokol”un təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.

3. “Məhkəmə aktlarının, digər səlahiyyətli orqanların və vəzifəli şəxslərin aktlarının məcburi icrası həyata keçirilərkən məlumat mübadiləsi üzrə əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.

4. Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  

5. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).  

6. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

7. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

8. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).

Əli Hüseynov


SON XƏBƏRLƏR

30 Aprel 2026