• Bakı 10° C

    5.25 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Tuapsedə dəniz terminalına yenidən dron hücumu edilib

DÜNYA

01 May 2026 | 08:56 | Müəllif: Əli Hüseynov

Tuapsedə dəniz terminalına yenidən dron hücumu edilib

Rusiyanın Krasnodar diyarının Tuapse şəhərində yerləşən dəniz terminalı mayın 1-nə keçən gecə yenidən pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb.

Bakıvaxtı.az
-ın məlumatına görə, hücum nəticəsində ərazidə yanğın baş verib.

Hadisəni yerli hakimiyyət orqanları təsdiqləyib və bildirilib ki, insident zamanı xəsarət alan olmayıb. Qeyd olunur ki, bu, son iki həftə ərzində Ukrayna dronlarının həmin limana dördüncü hücumudur.

    Qeyd edək ki, bir neçə gün öncə Tuapsedə neft emalı zavodunda da iri yanğın baş vermişdi. Bu yanğının Ukrayna dronlarının üç zərbəsindən sonra yarandığı vurğulanır.

    Yerli hakimiyyət orqanları vəziyyəti “ekoloji fəlakət” kimi qiymətləndirib, ərazidə “neft yağışları” müşahidə olunub və dənizdə neft ləkəsi yaranıb.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    28 Noyabr 2026