q
  • Bakı 12° C

    5.65 m/s

  • USD - 1.7

    EUR - 1.9899

    RUB - 2.26

Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri...

DÜNYA

01 May 2026 | 00:14

Serbiya Prezidenti: Azərbaycandan sonra karyeramın ən vacib səfəri...

Serbiya Prezidenti Aleksandar Vuçiç Azərbaycandan sonra karyerasının ən vacib səfərinin baş tutacağını - Çinə yollanacağını bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Serbiya dövlət başçısı yaxın vaxtlarda Azərbaycana səfər edəcəyini bir daha dilə gətirib.

Serbiya Prezidenti əlavə edib ki, bundan sonra kariyerasının ən mühüm səfərini edəcək və Çinə yollanacaq:

"Bu səfərlə əlaqədar fərqli nümayəndə heyətləri Çinə gedəcək. İqtisadiyyat naziri artıq orada təxminən on gün vaxt keçirib. Bir çox digər nazirlər də hazırlıq prosesi çərçivəsində öz işlərini icra edirlər. İnanıram ki, Serbiya vətəndaşlarının məmnun edəcək bir çox məsələlərin həllinə nail olacağıq. Lakin əsas məqsədimiz tikinti sektorunun və sənayenin inkişafı olmalıdır".

A.Vuçiçin fikrincə, Serbiya üçün tarixi əhəmiyyət daşıyacaq Çinə səfərindən sonra robot istehsalı nəzərdə tutulan zavodun tikintisi ilə bağlı bütün məsələlər üzrə yekun razılıq əldə olunacaq. O qeyd edib ki, ilk robotların artıq iyun ayında istehsal xəttindən çıxacağı gözlənilir./Report


SON XƏBƏRLƏR

30 Aprel 2026