Yaxın günlərdə dənizdə İranın imkanları nümayiş etdiriləcək, düşmənlər qulaqlarının dibində qorxduqları silahı görəcəklər.
Bakıvaxtı.az xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı general Şəhram İrani deyib.
General ABŞ-ın region sularındakı hərbi mövcudluğuna, o cümlədən “Abraham Linkoln” aviadaşıyıcı qrupuna toxunaraq bildirib ki, İran Hərbi Dəniz Qüvvələri gəmiyə qarşı hava kampaniyası həyata keçirib və bu onu əməliyyatlar apara bilməyəcək hala gətirib.
Ş.İrani əlavə edib ki, gəmi təmirdən sonra və esmineslərin sayının artması ilə yenidən bölgəyə daxil olsa da, bu, ABŞ-a məqsədlərinə çatmaq imkanı verməyib./Teleqraf
Bakı 




