• Bakı 16° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

"Oskar" mükafatı alan montajçı vəfat etdi

DÜNYA

30 May 2026 | 12:17

Oskar mükafatı alan montajçı vəfat etdi

"Ulduz Müharibələri" trilogiyasının montajçısı və rejissor Corc Lukasın keçmiş həyat yoldaşı Marsiya Lukas 80 yaşında vəfat edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.

"Marsiya əsl güc, kinoda qadınlar üçün həqiqi öncül və kinematoqrafiya tarixində ən nüfuzlu montajçılardan biri idi. O, kino montajının nə ola biləcəyini yenidən dərk etməyə kömək etdi və ondan sonra gələn nəsillərdən olan qadınlar üçün yol açdı", - deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Marsiya Lukas 1977-ci ildə "Ulduz Müharibələri: Epizod IV - Yeni Ümid" filmi üzrə "Ən yaxşı montaj" nominasiyasına görə "Oskar" mükafatına layiq görülüb.

"Ulduz Müharibələri"nin orijinal trilogiyası üzərindəki işdən başqa, Marsiya Lukas Martin Skorsezenin "Nyu-York, Nyu-York" və "Taksist" kimi tanınmış layihələrin yaradılmasında da iştirak edib və bunlara görə BAFTA mükafatına namizəd göstərilib. "Ulduz Müharibələri"nin uğurundan sonra, o, fəal karyerasından uzaqlaşaraq ailəsinə diqqət yetirib, lakin ayrı-ayrı layihələr, o cümlədən "İndiana Cons: İtirilmiş əhd sandığının axtarışında" filminin final montajına dair tövsiyələr verməklə Corc Lukasa qeyri-rəsmi məsləhətçilik etməyə davam edib.


SON XƏBƏRLƏR

29 May 2026