Milli Məclis “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edərək prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrini operativ nəqliyyat kateqoriyasına daxil edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu avtomobillər hadisə yerinə çevik çatmaq, təxirəsalınmaz prosessual və əməliyyat-axtarış tədbirləri görmək üçün istifadə olunur və bundan sonra digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olacaq. Onlara xüsusi işıq və səs siqnallarından istifadə hüququ da verilir.
Dəyişikliyin məqsədi hüquq-mühafizə orqanlarının koordinasiyasını gücləndirmək, operativliyi artırmaq və cinayətlərin daha sürətli açılmasını təmin etməkdir. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.
Əli Hüseynov
Bakı 




