• Bakı 22° C

    7.17 m/s

  • USD - 1.7

    EUR - 1.977

    RUB - 2.3795

Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

CƏMİYYƏT

31 May 2026 | 11:28

Bəzi yerlərə qar yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Azərbaycanın bəzi yerlərdə yağıntılar intensiv xarakterli olub, Şahdağda isə qar yağıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti davam edib.

Düşən yağıntının miqdarı Ordubad, İsmayıllıda 10, Sabirabadda 9, Daşkəsən, Astarada 8, Göygöl , Sarıbaşda (Qax) 7, Gədəbəy, Şahdağda 6, Xızıda 5, Culfa, Naftalan, Lənkəranda 4, Şahbuz, Qubada 3, Balakən, Zaqatala, Qəbələ,Tərtər, İmişlidə 2, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şərur, Gəncə, Şəmkir, Tovuz, Oğuz, Şamaxı, Qobustan, Qusar, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Goranboy, Cəlilabad, Yardımlı, Lerik, Neftçala, Biləsuvar, Şəki, Ağdam, Laçın, Kəlbəcər, Qubadlıda 1 mm-dək qeydə alınıb.

Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Naftalanda 24, Mingəçevirdə 22, Şahdağda 20 m/s-dək güclənib.

Mayın 30-da saat 13:02-13:06 radələrində Kəlbəcər rayonunun Çəpli kəndinə dolu düşüb.


SON XƏBƏRLƏR

30 May 2026